RU

ABŞ qüvvələri İranın pilotsuz təyyarə daşıyıcısına zərbə endirib

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın silahlı pilotsuz uçuş aparatlarının buraxılması üçün istifadə edildiyi bildirilən təyyarədaşıyan gəmisinə zərbə endirildiyini açıqlayıb.

Missiya.Az xəbər verir ki, bu barədə komandanlığın yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, yayılan videogörüntülərə əsasən, gəmi havadan endirilən zərbə nəticəsində vurulub və hazırda gəmidə yanğın müşahidə olunur.

Mərkəzi Komandanlıq bəyan edib ki, ABŞ qüvvələri İranın dəniz qüvvələrinə qarşı əməliyyatları davam etdirir. Hücumun nəticələri və mümkün itkilər barədə əlavə məlumat verilməyib.

İran rəsmiləri pilotsuz təyyarə daşıyıcısının vurulması ilə bağlı yayılan məlumatlara hələlik münasibət bildirməyib.

Seyranə QuliyevaMissiya.Az

Избранный
134
missiya.az

1Источники