RU

Quba, Xaçmaz və Siyəzəndə şagirdlər narkomaniya və erkən nikah barədə məlumatlandırıldı

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Quba, Xaçmaz və Siyəzən rayonlarında polis əməkdaşları ümumtəhsil məktəblərində narkomaniya və erkən nikaha qarşı maarifləndirici tədbirlər keçirib.

Gununsesi.info  xəbər verir ki, görüşlərdə şagirdlərə narkotik vasitələrin sağlamlığa və cəmiyyətə vurduğu zərər, eləcə də erkən nikahın yaratdığı hüquqi və sosial problemlər barədə ətraflı məlumat verilib.

Gənclərə sağlam həyat tərzi seçmək, təhsilə üstünlük vermək və zərərli vərdişlərdən uzaq durmaq tövsiyə olunub.

Tədbirlər zamanı Polis Akademiyasının təhsil imkanları və qəbul qaydaları barədə məlumat təqdim olunub, şagirdlərin sualları cavablandırılıb.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
69
icma.az

1Источники