RU

Tural Abbaslı: “İrandakı xaotik vəziyyətdən istifadə edib Azərbaycanı müharibəyə cəlb etməyə cəhd edirlər”

“İstənilən halda, hansı dövlət tərəfindən olur-olsun, Azərbaycana hücum edilməsi qəbuledilməzdir. Azərbaycan həm də diplomatik sahədə bunun cavabını verməlidir. Eyni zamanda, öz vətəndaşlarımızı, suverenliyimizi, ərazi bütövlüyümüzü qorumaq üçün lazımi addımları da atmalıyıq”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

 

O bildirib ki, burada bəzi nüanslar nəzərə alınmalıdır: “İranda 40 milyona yaxın soydaşımız var. Hazırda İranda siyasi anlamda xaotik vəziyyət hökm sürür. Dini lider öldürüldükdən sonra hələlik rəhbər seçilməyib və xaotik vəziyyətdə müxtəlif hərbi siyasi qüvvələr Azərbaycanı müharibəyə cəlb etməkdə maraqlı ola bilərlər. Ona görə də Azərbaycana atılan dronlar həmin qrupların əməlləri olmuş ola bilər. İranda baş verənləri doğru formada analiz etməliyik, özümüzün təhlükəsizliyimizi qorumalıyıq. Başqalarının müharibəsi sayılacaq, yəni İsrail və İran arasında olan müharibədə özümüzü kimlərəsə istifadə etdirməməliyik. Azərbaycan Türkiyə ilə koordinasiyalı formada fəaliyyət göstərməlidir. Türkiyə ərazisinə də raket zərbəsi endirilmişdi. Qardaş ölkə lazımi bəyanatları və addımları atdı. Biz də bu məsələdə Türkiyə təcrübəsindən çıxış etməliyik və koordinasiyalı şəkildə ölkəmizə qarşı olan hücumların dəf edilməsində iştirak etməliyik. Heç bir dövlət Azərbaycanın müstəqilliyinə, suverenliyinə, vətəndaşların təhlükəsizliyinə təhdid yarada bilməz. Kimlərəsə bizim dövlətdən öz maraqları üçün istifadə etməyə imkan verməməliyik”.

 

Şəhanə Quliyeva

Tarix: 6 Mart 2026, 11:21   
Избранный
47
1
pravda.az

2Источники