RU

"Əgər kişilər sizi incitsə, mənə tiktokda yazın" - VİDEO

Belarus prezidenti Aleksandr Lukaşenko 8 Mart — Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunan qadınların mükafatlandırılması mərasimində çıxış edib.

Musavat.com xəbər verir ki, o, tədbir zamanı qadınlara müraciət edərək maraqlı bir çağırış da səsləndirib.

Lukaşenko bildirib ki, əgər bayram günlərində hansısa kişi onları incitsə və ya narazılıq yaradan bir vəziyyət baş versə, bu barədə birbaşa prezidentə TikTok vasitəsilə yaza bilərlər.

Prezident qeyd edib ki, onların rəsmi TikTok hesabı var və o, hər səhər həmin platformada yazılan mesajları oxuyur. Onun sözlərinə görə, bəzən orada olduqca maraqlı və hətta gülməli müraciətlərə də rast gəlinir.

Lukaşenko əlavə edib ki, qadınlardan hər hansı biri incinsə, ona yazmaqdan çəkinməsin. O, belə müraciətlərə mütləq reaksiya veriləcəyini bildirib. Prezidentin sözlərinə görə, Prezident Administrasiyasının rəhbəri Dmitri Nikolayeviç də bu məsələlərdən xəbərdar olur və bəzən məsələləri ondan əvvəl nəzarətə götürür.

Musavat.com

Избранный
87
musavat.com

1Источники