RU

Bizim.Media YAZDI – Xətaidə səkini zəbt edən qanunsuz tikili söküldü – FOTO/VİDEO

Ötən gün Paytaxtın Xətai rayonu, Sarayevo küçəsində inşa olunan qanunsuz tikili barədə məlumat vermişdik. Sözügedən obyekt səkini zəbt etməklə piyadaların hərəkətinə mane yaradırdı.
 

MÖVZU İLƏ BAĞLI: 

Xətaidə gecə ilə obyekt tikib, piyada səkisini zəbt etdilər – FOTOFAKT


Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanladığımız müraciətə operativ reaksiya verilib.

Qurumdan Bizim.Media-ya verilən məlumata görə, sözügedən qeyri-yaşayış obyektinə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilib:

“Baxış zamanı sözügedən ünvanda müvafiq icazəverici sənədlər olmadan yenidənqurma, əsaslı təmir, həmçinin metal konstruksiyadan ibarət qanunsuz artırma işlərinin aparıldığı müəyyən edilib.

Aşkarlanmış faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilmiş operativ tədbirlər nəticəsində sözügedən qanunsuz tikilinin sökülməsi təmin edilib”.









Surxay Atakişiyev, Bizim.Media

Избранный
134
1
bizim.media

2Источники