RU

BƏƏ İranın milyardlarla dollarlıq aktivlərini dondura bilər

Birləşmiş Ərəb Əmirlikləri İranın hücumlarına cavab olaraq milyardlarla dollarlıq aktivləri dondura bilər.

Redaktor.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşr qeyd edir ki, BƏƏ ölkədə qeydiyyatdan keçmiş İranın gizli şirkətlərinin aktivlərinin və İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli hesabların dondurulması məsələsini müzakirə edir.

Bundan əlavə, ölkənin İrana gizli şəkildə pul köçürülən valyutadəyişmə məntəqələrində genişmiqyaslı yoxlamalara başlaya biləcəyi bildirilir. Qeyd olunur ki, İran şirkətləri sanksiyalardan yayınmaq üçün tez-tez BƏƏ-dən istifadə edirlər.

Nəşr vurğulayır ki, əgər bu addım atılarsa, Tehranın xarici valyutaya və qlobal ticarət şəbəkələrinə çıxışı əhəmiyyətli dərəcədə məhdudlaşa bilər.

Aminə ŞAHSUVARQIZI

Избранный
93
redaktor.az

1Источники