RU

Vətəndaşların banklarda əmanətlərinin həcminin 31%-ə yaxını xarici valyutatadır

Azərbaycan Respublikasının Mərkəzi Bankı-nın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği 2026-cı il yanvarın 1-nə 16 milyard 772,4 milyon manat təşkil edib.

Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,4% artım deməkdir.

Məlumata əsasən, əmanətlərin 69,2%-i milli valyutada, 30,8%-i isə xarici valyutada yerləşdirilib.


Hesabat dövründə milli valyutada yerləşdirilən əmanətlərin məbləği 19,2%, xarici valyutada olan əmanətlərin məbləği isə 4,8% artıb.

Gülnar Nazimqızı 

Избранный
115
anews.az

1Источники