RU

"Araz-Naxçıvan"ın müdafiəçisi Ömər Buludovun zədəsi ciddi deyil

Misli Premyer Liqasının XXII turunda "Zirə"yə qarşı matçda sıradan çıxan "Araz-Naxçıvan"ın müdafiəçisi Ömər Buludovun zədəsi ciddi deyil.

"Report"un əldə etdiyi məlumata görə, onun növbəti turda meydana çıxıb-çıxmayacağı baş məşqçi Andrey Demçenkonun qərarından asılı olacaq.

"Araz-Naxçıvan"ın digər iki futbolçusu - Urfan Abbasovla Vanderson Melo isə zədələrini sağaldaraq məşqlərə qoşulublar.

Qeyd edək ki, "Araz-Naxçıvan" Misli Premyer Liqasının XXIII turunda səfərdə "Qarabağ"la qarşılaşacaq. Naxçıvan təmsilçisi hazırda turnir cədvəlində 33 xalla 5-ci pillədə qərarlaşıb.

Избранный
102
far.az

1Источники