RU

Sinenkanın arzuladığı karyera: “Sonda özümə deyə bilim ki…”

futbolpress-az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“İmişli” Premyer Liqada 10 oyundur, qələbə qazana bilmir. Bölgə təmsilçisi 22 turdan sonra 21 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Komandanın qolkiperi Andrey Sinenka “Futbolpress.az“a açıqlamasında nəticələri dəyərləndirdi:

“Qələbə qazana bilməsək də, xal qazanmağı bacarırıq. Pis oynamırıq və hər matçda maksimumu etməyə çalışırıq. Komandada gərginlik yoxdur, hər şey qaydasındadır. Bütün diqqətimizi oyunlara vermişik”.

XXI turda “Turan Tovuz”la oyunda heç-heçə edən “İmişli” bu mövsüm “Sabah”, “Neftçi” kimi özündən güclü rəqiblərdən də xal almağı bacarıb. Sinenka mübarizənin meydanda getdiyini və hər komandanın bir-birindən xal almaq potensialında olduğunu bildirdi:

“Azərbaycan çempionatının səviyyəsi artıb. Zəif komanda yoxdur. Hər kollektiv bir-birini məğlub edə bilər. Artıq bu mövsüm bir neçə dəfə bunun şahidi olmuşuq. Rəqabət çox yüksəkdir. Biz də favorit olmadığımız görüşlərdən yaxşı nəticə ilə ayrılmağı bacarmışıq”.

“İmişli” növbəti turda “Şamaxı” səfərinə yollanacaq. Bölgə təmsilçisi qələbə qazanacağı halda, liqada qalmaq yolunda böyük addım atmış olacaq. Belaruslu qolkiper matçdan gözləntilərini bölüşdü:

“Şamaxı” azarkeşləri önündə yaxşı çıxış etməyi bacarır. Bizim üçün çətin oyun olacaq. Maksimum güclə hazırlaşırıq. Heç bir komandadan çəkinmirik və çalışacağıq, yaxşı nəticə əldə edək”.

Sinenka karyerası ilə bağlı hədəflərini də açıqladı:

“Düşünürəm ki, pis çıxış etmirəm. Hər gün çox çalışıram. Bu, mənim işimdir. Sevinirəm ki, güclü tərəflərimi göstərə bilirəm. Arzularım, məqsədlərim var və ona addım-addım çatmağa çalışıram. Elə karyera istəyirəm ki, sonda özümə deyə bilim ki, “sən maksimumunu etdin və özünü qınama ki, az çalışmısan”. Görək, gələcək nə göstərəcək”.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
113
futbolpress.az

1Источники