Bizimyol saytına istinadən ain.az xəbər verir.
Mərhəmət və bağışlanma ayı olan Ramazana "Quran ayı" da deyilir. Çünki Allahın bəşəriyyətə son mesaj olaraq göndərdiyi Qurani-Kərim bu ayda Məhəmməd peyğəmbərə nazil olmağa başlayıb. Mövzu ilə bağlı Qurani-Kərimdə belə buyurulur: “(O saylı günlər) Ramazan ayıdır ki, insanlara doğru yolu göstərən, doğru yolu göstərən və haqqı batili bir-birindən ayıran aydın dəlillər olaraq Quran nazil edilmişdir...” (Bəqərə, 2/185).
Vəhy mələyi Cəbrail (əleyhissalam) hər il Ramazan ayında sevgili Peyğəmbərimizlə görüşür və bir-birlərinə Quran oxuyardılar. Ramazan ayında məscidlərimizdə və evlərimizdə Quranın tam oxunması və tilavəti Cəbrayıl ilə Peyğəmbərimiz arasındakı tilavət təcrübəsinin davamıdır.
Ramazan ayında bir çox insanı narahat edən məsələlərdən biri də yuyunarkən suyun qulaq və ya dəriyə dəyməsi ilə bağlıdır.
İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, yuyunarkən suyun qulaq və ya dəriyə dəyməsi orucu pozmur: “Su qəsdən burun və boğaza çəkilər və ya udularsa, oruc pozular. Əgər ehtiyatsızlıq nəticəsində su boğaza qaçarsa və insan dərhal onu çıxarmağa çalışsa, əksər alimlər bunu bağışlanan hal sayır. Yəni, qəsdli şəkildə su boğaza getməyibsə, bilmədən baş veribsə oruc pozulmur”.
Qeyd edək ki, oruc ərəb dilində "sövm" sözü ilə ifadə olunur. Lüğətdə "sövm" özünü cilovlamaq və nəzarət etmək deməkdir.
İslamda oruc, ikinci sübhdən (səhərin əvvəlindən) gün batana qədər, başqa sözlə, imsakdan (orucun başlanğıcı) iftar vaxtına (bitişi) qədər ibadət niyyəti ilə yeməkdən, içkidən və cinsi əlaqədən çəkinməkdir.
Oruc, ibadəti dəyərli edən səmimiyyət keyfiyyətini ən yaxşı şəkildə əks etdirən bir ibadətdir. Çünki insanın oruc tutub-tutmadığını yalnız Allah və insanın özü bilir.
İradə Cəlil, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.