RU

Pul daşıyan avtomobillər saxlanılıb?

Ukraynanın xarici işlər naziri Andri Sybiha ölkənin dövlət bankı olan "Oschadbank"ın 7 əməkdaşının Budapeştdə səbəbi açıqlanmayan əsaslarla saxlanıldığını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Sybiha sosial media hesabında paylaşdığı açıqlamada Ukraynada fəaliyyət göstərən "Oschadbank"ın 7 əməkdaşının səhhəti, harada saxlanıldıqları və niyə həbs olunduqları barədə hələlik heç bir məlumat əldə edə bilmədiklərini qeyd edib.

Nazir bildirib ki, bank əməkdaşları iki xüsusi avtomobillə mütəmadi olaraq Avstriya ilə Ukrayna arasında pul və qiymətli əşyalar daşıyırdılar. Sybiha iddia edib ki, Macarıstan həmin şəxsləri “girov götürüb və daşınan pullara əl qoyub”.

O, açıqlamasında bunları qeyd edib: “Əgər hörmətli Viktor Orbanın danışdığı "güc" budursa, bu, artıq cinayətkar dəstənin gücüdür. Əslində burada Macarıstanın girov götürməsi və pul oğurlamasından söhbət gedir. Vətəndaşlarımızın dərhal azad edilməsi tələbi ilə rəsmi nota göndərmişik.”

Nazir əlavə edib ki, məsələ ilə bağlı Avropa Birliyinin də reaksiya verməsi üçün müraciət ediblər.

Ukraynanın RBK.UA xəbər agentliyinin məlumatına görə, Macarıstanda itkin düşdüyü iddia edilən və on milyonlarla dollar daşıdığı bildirilən "Oschadbank"-a məxsus nağd pul daşıyan avtomobillərin Macarıstan Terrorla Mübarizə Mərkəzinin ərazisində olduğu iddia edilir.

Избранный
70
1
cebheinfo.az

2Источники