İtaliya A seriyasında fevral ayının ən yaxşı futbolçusu “Roma”nın hücumçusu Donyel Malen seçilib.
İdmanxeber.az-ın məlumatına görə, onlayn səsvermə və statistika əsasında müəyyənləşən 26 yaşlı niderlandlı futbolçu Berardi, Dimarko, Kin və digər namizədləri qabaqlayıb.
Fevralda “Roma”ya icarəyə gələn Malen ilk 7 oyunda 6 qol vurub.