RU

“AzerGold” QSC-də kibertəhlükəsizlik üzrə növbəti təlim keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

“AzerGold” QSC-nin təşəbbüsü və Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin dəstəyi iləəməkdaşlar üçün kibertəhlükəsizlik mövzusunda növbəti təlim təşkilolunub.

Səhmdar Cəmiyyətinin 2024-2026-cı illər üzrə KommunikasiyaStrategiyasına uyğun olaraq təşkil olunan təlim “Onlayn mühitdətəhlükəsizlik” və “Kibertəhlükəsizliyin təməlləri” mövzularınıəhatə edib. Məqsəd əməkdaşların rəqəmsal risklər barədəməlumatlılığını artırmaq, kiber-təhdidlərin vaxtında müəyyənolunmasına və qarşısının alınmasına dəstək göstərməkdir.

Tədbir zamanı Elektron Təhlükəsizlik Xidmətinin mütəxəssislərimüasir kiberhücumların xüsusiyyətləri, fişinq və sosial mühəndislikhalları, eləcə də internetdən təhlükəsiz istifadə qaydaları barədəməlumat veriblər. Qeyd olunub ki, informasiya təhlükəsizliyi yalnıztexniki vasitələrlə deyil, həm də hər bir əməkdaşın məsuliyyətlidavranışı ilə təmin olunur. Bu baxımdan rəqəmsal gigiyenaqaydalarına əməl etmək xüsusi əhəmiyyət daşıyır.

İnteraktiv formada keçən sessiyada iştirakçıların suallarıcavablandırılıb, real nümunələr əsasında müzakirələr aparılıb vərisklərdən qorunma yolları izah edilib. Təlimin əvvəlində vəsonunda keçirilən testlər vasitəsilə iştirakçıların bilik səviyyəsiqiymətləndirilib.

Qeyd edək ki, "AzerGold" QSC-də informasiya vəkibertəhlükəsizlik risklərinin sistemli və effektiv idarəolunmasını təmin etmək məqsədilə yerli qanunvericiliyin tələblərivə ISO/ISO/IEC 27001 beynəlxalq standartına uyğun İnformasiyaTəhlükəsizliyi Siyasəti təsdiq edilib. Siyasətin icrasını təminetmək üçün ayrıca strategiya qəbul olunub və bu strategiyaçərçivəsində texniki və təşkilati tədbirlərin mərhələli tətbiqinəbaşlanılıb.

“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
Избранный
113
10
az.trend.az

10Источники