RU

Nəriman üçün icazə alındı Bu tarixdə ABŞ yə gedir

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Kolambus Kryu” klubu ilə anlaşan Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin ABŞ-yə getmək üçün iş icazəsi alınıb.

Bu barədə “Qafqazinfo”ya forvardın meneceri Tural Əsgərov məlumat verib. 

O bildirib ki, futbolçunun vizası alınandan sonra isə o, ABŞ-yə yollanacaq: “Bu gün vizanı almalı idik, amma qaldı. Növbəti həftənin əvvəli yəqin ki, vizasını alıb ABŞ-yə gedəcək. Təxminən martın 10-11-i o, “Kolambus Kryu”nun düşərgəsinə yollanacaq”. 

Xatırladaq ki, “Kolambus Kryu” “Qarabağ”ın sabiq futbolçusuyla 3,5 illik müqavilə imzalayıb. Razılaşma fevralın 10-da baş tutsa da, işçi vizasının alınmasının yubanması Nərimanın ABŞ-yə getməyini təxirə salmışdı. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
61
1
qafqazinfo.az

10Источники