RU

Gender siyasətində yeni mərhələ- ÖZƏL

"Azərbaycanda gender siyasəti müstəqillik dövründə sistemli və ardıcıl şəkildə formalaşdırılmışdır. Qadın və kişi hüquqlarının bərabərliyi dövlətin əsas prinsiplərindən biri kimi qəbul edilmiş, bu istiqamətdə qanunvericilik bazası yaradılmışdır. Konstitusion təminatlar qadınların bütün sahələrdə sərbəst fəaliyyət göstərməsinə hüquqi zəmin yaratmışdır". "Olaylar" xəbər verir ki, bunu YAP Şuşa rayon təşkilatının 28 sayılı ərazi partiya təşkilatının sədri Salman Ağalarov deyib: "1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycanın Pekin Bəyannaməsi və Fəaliyyət Platformasına qoşulması gender siyasətində mühüm mərhələ olmuşdur. Bu sənəd qadınların siyasi, iqtisadi və sosial sahələrdə iştirakının genişləndirilməsini nəzərdə tutur və milli siyasətin beynəlxalq prinsiplərlə uzlaşdırılmasına şərait yaratmışdır.
Ümummilli Lider Heydər Əliyev qadın məsələlərini dövlət səviyyəsinə qaldıraraq bu sahədə institusional mexanizmlərin formalaşdırılmasına nail olmuşdur. Qadın problemləri üzrə dövlət qurumunun yaradılması və milli fəaliyyət planlarının qəbul edilməsi gender siyasətinin sistemli şəkildə həyata keçirilməsinə imkan vermişdir.
Prezident İlham Əliyev tərəfindən qəbul edilən "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" və "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunlar hüquqi bazanı daha da gücləndirmişdir. Bu qanunlar qadınların təhlükəsizliyini təmin etməklə yanaşı, cəmiyyətin düşüncə tərzində müsbət dəyişikliklərə səbəb olmuşdur.
Gender siyasətinin həyata keçirilməsi çərçivəsində dövlət qurumlarında məsul şəxslərin təyin olunması, proqram və layihələrdə gender amilinin nəzərə alınması idarəetmədə balanslı yanaşmanı təmin etmişdir. Bu mexanizmlər qadınların qərar qəbuletmə proseslərində iştirakını artırmışdır.
Beləliklə, Azərbaycanda gender siyasəti yalnız hüquqi sənədlərlə məhdudlaşmır, real sosial nəticələr verən dinamik bir prosesə çevrilmişdir. Qadınların ictimai həyatın bütün sahələrində fəal iştirakı bu siyasətin uğur göstəricisidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
82
olaylar.az

1Источники