RU

Rusiyalı milyarderin pulları Xankəndidə necə batdı… - ŞOK detallar

Rusiya vətəndaşı, “Taşir” şirkətlər qrupunun Ermənistanda ev dustağı olan rəhbəri Samvel Karapetyanin Qarabağın işğal altında olduğu dövrdə bu bölgəyə nə qədər vəsait xərclədiyi üzə çıxıb.

Musavat.com “Hraparak” nəşrinə istinadla xəbər verir ki, Ermənistanda baş nazir vəzifəsinə namizədliyi irəli sürülən milyarder Karapetyan, 2008-ci ildə Xankəndidəki köhnə şəhər xəstəxanasının yanında yeni tibb mərkəzi tikdiribmiş.

Erməni nəşri iddia edir ki, guya o, tibb kompleksinin tikintisinə 25 milyon dollar (?) sərmayə qoyub. Mərkəzin açılışı isə 2013-cü ildə baş tutub. Xəstəxana milyarderin valideynləri olan Sargis və Amaliya Karapetyanın adını daşıyıblar. Ancaq bir xəstəxana üçün 25 milyon dollar xərclənməsi inandırıcı görünmür. Sadəcə, erməni mətbuatı seçki ərəfəsində bu məlumatı yaymaqla baş nazir Nikol Paşinyanın əsas rəqibi hesab edilən Samvel Karapetyanın piarını aparır, onu xeyriyyəçi kimi qələmə verir və Qarabağı tərk edən ermənilərin gözündə böyütmək istəyir.

Nəzərə alaq ki, Qarabağdan könüllü gedən ermənilərdən Ermənistan vətəndaşlığını qəbul edənlərin sayı artır. Bu da onların 7 iyunda keçiriləcək parlament seçkilərində səsvermə hüququnun olduğunu deməyə əsas verir. Ancaq Karapetyanın Xankəndidə xərclədiyi milyonlar antiterror əməliyyatından sonra batmış sayıla bilər. Necə ki vaxtilə onu kimi Rusiya vətəndaşı olmuş digər erməni milyarder - Ruben Vardanyan sərhədi qanunsuz keçərək Qarabağa gəlmiş və separatizmə maliyyə ayırmışdı. İndi isə Bakı həbsxanasında çay içir. Eynilə Karapetyan da ev dustaqlığında çay içir və Moskvadakı dairələrin daha bir ssenarisinin puç olması yaxınlaşmaqdadır.

Qeyd edək ki, Samvel Karapetyan yeni təsis etdiyi “Güclü Ermənistan” partiyası tərəfindən baş nazir vəzifəsinə namizəd göstərilib.

Emil Salamoğlu
Musavat.com

Избранный
127
musavat.com

1Источники