RU

Yuxu rejimi insan orqanizmi üçün niyə vacibdir? Açıqlama

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Sağlam həyat tərzi üzrə ekspert Nicola Elliott diabetdən qorunmağa kömək edən ideal yuxu müddətini açıqlayıb.

Redaktor.az xəbər verir ki, onun sözlərini "Metro" nəşri sitat gətirib.

Məlumata görə, gündə təxminən 7 saat 19 dəqiqə yatmaq 2-ci tip diabetin yaranma riskini azalda bilər. Elliott bildirib ki, belə yuxu rejiminə nail olmaq üçün yatmazdan üç saat əvvəl istirahətə hazırlaşmaq lazımdır.

Ekspertin sözlərinə görə, yatmağa üç saat qalmış yemək və digər içkilərdən imtina etmək lazımdır. Yalnız su və ya iştahanı artırmayan bitki çayları içmək olar. Bu, qanda şəkərin səviyyəsinin sabit qalmasına kömək edir.

Bundan əlavə, yatmağa iki saat qalmış iş və ya fiziki fəaliyyət dayandırılmalıdır ki, beyni stimullaşdıran endorfinlərin ifrazı artmasın. Yatmazdan bir saat əvvəl isə bütün ekranları söndürmək, telefonu kənara qoymaq və otaqdakı işığı azaltmaq tövsiyə olunur ki, beyin oyanıqlıq siqnalları almasın.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
113
1
redaktor.az

2Источники