RU

Budapeşt Kiyevdən tələb edir: Üç gün ərzində...

Budapeşt Kiyevdən “Drujba” neft kəmərini üç gün ərzində açmağı tələb edib.

Publika.az “Mk.ru”ya istinadən xəbər verir ki,bu barədə Macarıstan Energetika Nazirliyinin energetika siyasəti üzrə katibi Qabor Çepek bəyanat yayıb.

O, Ukraynanın Baş nazirinin müavininə məktub göndərdiyini bildirib. Sənəddə Ukraynadan üç gün ərzində ya “Drujba” neft kəməri ilə Rusiya neftinin tranzitini bərpa etməsi, ya da infrastrukturu yoxlamaq üçün macar müfəttişlərinin ölkəyə buraxılması tələb edilib.

Onun sözlərinə görə, Baş nazir Viktor Orbanın tapşırığı ilə neft kəməri ətrafındakı vəziyyəti araşdırmaq üçün xüsusi ekspert qrupu da yaradılıb.

Çepek qeyd edib ki, “Drujba” Macarıstanın enerji təchizatında əsas marşrut olaraq qalır. Bu magistral vasitəsilə ölkəyə hər il təxminən 5 milyon ton neft daxil olur.

Избранный
109
publika.az

1Источники