RU

"Rusiya İran rəhbərliyi ilə dialoq aparır" - Peskov

Rusiya İran rəhbərliyi ilə dialoqu davam etdirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Məlumata görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, Moskva Tehranla dialoq aparır və bu təmaslar davam etdiriləcək.

“Biz İran tərəfi ilə dialoqdayıq. İran rəhbərliyinin nümayəndələri ilə dialoqdayıq. Və biz bu dialoqu mütləq davam etdirəcəyik”, – deyə Peskov qeyd edib.

Lakin o, Moskvanın Tehrana hər hansı yardım göstərib-göstərmədiyi barədə əlavə məlumat verməyib.

Daha əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Rusiya və Çin İrana siyasi və “digər yollarla” kömək edir, lakin əməkdaşlığın detalları açıqlanmayıb.

Aminə ŞAHSUVARQIZI

 

Избранный
67
1
redaktor.az

2Источники