RU

Səadət Yusifova: Biz bir neçə layihə üzərində işləyirik VİDEO

Bakı, 6 mart, AZƏRTAC

Mədəniyyət Nazirliyinin ən böyük layihələrindən biri yaradıcılıq mərkəzidir. O, Prezidentin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində həyata keçirilmiş bir layihədir. Bu layihənin əsas məqsədi mədəni yaradıcı sənaye sahəsində olan oyunçuların, xüsusilə gənclərin, startapların bir məkanda toplanmasıdır.

AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Milli Məclisin Mədəniyyət komitəsinin martın 6-da keçirilən iclasında çıxışı zamanı bildirib

Nazir müavini deyib: “Əslində, bizim bu layihəni həm məzmun, həm coğrafiya baxımından daha geniş davam etdirmək planlarımız var. Bilirsiniz ki, mədəniyyət sistemində indi islahatlar mərhələsidir və biz infrastrukturun effektivliyinin, səmərəliliyinin artırılması, təkmilləşdirilməsi üçün bir neçə layihə üzərində işləyirik. Onlardan biri də çoxfunksiyalı məkanların yaradılmasıdır. İlk çoxfunksiyalı məkanlar pilot layihə kimi eksperimental olaraq Qarabağda yaradılacaq. Onlar özlərini doğrultduqdan sonra isə biz artıq ölkəmizin digər regionlarında bu mərkəzləri yaratmağa çalışacağıq”.

Fotoqraf - Aydın Məmmədov

Избранный
52
2
azertag.az

3Источники