Reyting.az saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ və İsrailin İrana qarşı başladığı müharibənin bir həftəsi tamam olur. İlk günlərdə ABŞ-İsrail koalisiyası İran üzərində ciddi uğurlar əldə etsə də, sonrakı hadisələr müharibənin uzana biləcəyini göstərir.
Reyting.az xəbər verir ki, müharibənin uzana biləcəyi ehtimalını artıran səbəblər sırasında İran rejiminin ölkəyə hələ də tam nəzarət etməsi, ABŞ-ın düşündüyündən fərqli olaraq İran əhalisinin rejimə qarşı ayaqlanmaması və digər amillər də yer alır.
Müharibənin ilk həftəsi göstərir ki, İranla savaş mümkün üç ssenari üzrə inkişaf edə bilər:
Birinci ssenari - məhdud hərbi qələbədir. Yəni söhbət İran rejimi üzərində tam qələbədən və ya onun devrilməsindən getmir. Bu ssenaridə ABŞ və İsrailin intensiv hava hücumları İranın raket və hərbi infrastrukturunu əhəmiyyətli dərəcədə zəiflədə bilər. Belə olan halda tərəflər atəşkəsə məcbur edilə bilər.
İkinci ssenari - müharibənin genişlənməsidir. İranın müttəfiq milis qüvvələri müdaxilə edərsə, müharibə Livan, İraq və Yəmən kimi ölkələrə yayıla bilər. Bu zaman İraq müharibəsindən sonra yaranmış vəziyyətə bənzər bir mənzərə ortaya çıxa bilər.
Üçüncü ssenari - uzunmüddətli regional qeyri-sabitlikdir. Bu halda müəyyən hərbi uğurlara baxmayaraq, regionda qeyri-sabitlik illərlə davam edə bilər.
Şübhəsiz ki, ən arzuolunan ssenari müharibənin mümkün qədər tez başa çatması, prosesin genişlənməməsi və tərəflərin diplomatik danışıqlara qayıtmasıdır.
E. KAMAL
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.