RU

Diplomatlarımız onların HƏDƏFİNDƏ - Rəsmi Bakının TƏCİLİ qərarının İLGİNC DETALLARI

"Prezident İlham Əliyev Azərbaycanın İrandakı diplomatik heyətinin - Tehrandakı səfirliyimizin və Təbrizdəki Baş konsulluğun əməkdaşlarının tam şəkildə təxliyəsi tapşırığını verib. İranın Naxçıvana hücumundan sonra diplomatlarımızın təxliyəsi təkcə Tehrana adekvat cavab yox, həm də təhlükəsizlik baxımından doğru qərardır. Çünki diplomatlarımız Azərbaycanın suverenliyini pozan İran rejiminin hərbi qanadı - SEPAH üçün açıq hədəfdir".

Musavat.com xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı öz feysbuk hesabında qeyd edib. 

asif.jpg

"2023-cü ildə SEPAH-ın Tehrandakı səfirliyimizə qarşı hücumundan uzun müddət sonra sifarişçilər kənarda qalsa da, icraçı cəzalandırıldı. Bu, Bakı-Tehran xəttində normallaşma prosesinin məntiqi davamı idi. Lakin müharibənin getdiyi və SEPAH-ın faktiki rəhbərlik etdiyi dövrdə nə İrandakı diplomatlarımızın təhlükəsizliyinə, nə də Azərbaycana yeni hücumların olmayacağına zəmanət var", - ekspert bildirib. 

Musavat.com

Избранный
110
3
musavat.com

4Источники