RU

Peskovdan Finlandiyaya nüvə xəbərdarlığı: "Moskva cavab tədbirləri görəcək"

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Finlandiyanın öz ərazisində nüvə silahının saxlanılmasına icazə vermək planlarına sərt reaksiya verib.

Musavat.com xəbər verir ki, Peskov bu addımı Rusiya sərhədlərində birbaşa təhlükə kimi qiymətləndirib və Moskvanın adekvat cavab tədbirləri görəcəyini bəyan edib.

Peskov bildirib ki, Helsinki tərəfindən atılan bu addım Avropada gərginliyi daha da artırır: "Finlandiya öz ərazisində nüvə silahı yerləşdirməklə bizim üçün təhdidə çevriləcək. Bu, həmin ölkəni hədəf halına gətirən bir qərardır". Bununla belə, Kreml rəsmisi Rusiyanın digər xarici siyasət istiqamətləri və enerji bazarı ilə bağlı da mühüm detalları açıqlayıb:

İran və Asiya ilə əlaqələr: Rusiya İran rəhbərliyi ilə intensiv dialoqu davam etdirir. Eyni zamanda Hindistan və Çinlə xüsusilə energetika sahəsində əməkdaşlıq genişlənir.

Neft tədarükü: Peskov Hindistana ixrac edilən neftin dəqiq həcmini açıqlamaqdan imtina edib: "Bədxahlarımız çoxdur, bu məlumatları gizli saxlayırıq".

Enerji təhlükəsizliyi: İrandakı müharibə fonunda Rusiya enerji resurslarına tələbatın artdığı müşahidə olunur. Kreml Rusiyanın etibarlı tədarükçü olduğunu və bütün müqavilə öhdəliklərini yerinə yetirməyə qadir olduğunu vurğulayıb.

Musavat.com

Избранный
94
musavat.com

1Источники