???? Aprel ayından etibarən yallı rəqsi üzrə hazırlıq məşqləri təşkil olunacaq.
???? Final mərhələsi may ayının sonu – iyun ayının əvvəlində baş tutacaq. Nəzərinizə çatdırırıq ki, Bakı şəhərində hər bir rayon üzrə mərkəz kimi təyin edilmiş məktəblərdə yuxarıda qeyd edilmiş tarixlərdə saat 15:00-da seçim turları təşkil olunacaq. Şagirdlər aidiyyəti rayon üzrə mərkəzə yaxınlaşıb seçim turunda iştirak edə bilərlər. Regionlardan qoşulmaq istəyən komandalar elektron poçt vasitəsilə müraciət edə bilərlər: [email protected] Seçim mərhələsində qalib olmuş şagirdlər üçün peşəkar yallı məşğələləri təşkil olunacaq. Layihənin yekununda böyük qala konsertinin təşkili planlaşdırılır. Bakı şəhərində seçim turu keçiriləcək mərkəz məktəblər aşağıdakılardır: * Nəsimi rayonu – 9 nömrəli tam orta ümumtəhsil məktəbi – 10 mart
* Xəzər rayonu – 149 nömrəli tam orta ümumtəhsil məktəbi – 11 mart
* Suraxanı rayonu – 318 nömrəli tam orta ümumtəhsil məktəbi – 12 mart
* Nərimanov rayonu – 202 nömrəli tam orta ümumtəhsil məktəbi – 13 mart
* Xətai rayonu – 56 nömrəli tam orta ümumtəhsil məktəbi – 16 mart
* Qaradağ rayonu – 228 nömrəli tam orta ümumtəhsil məktəbi – 16 mart
* Pirallahı rayonu – 168 nömrəli tam orta ümumtəhsil məktəbi – 17 mart
* Sabunçu rayonu – 252 nömrəli məktəb-lisey – 17 mart
* Binəqədi rayonu – 83 nömrəli məktəb-lisey – 18 mart Bu festival sadəcə bir layihə deyil
✨ Bir dairə
✨ Bir ritm
✨ Bir gələcəkdir. İstedadlı şagirdlərimizi böyük səhnəyə aparan yol başlayır ???? Əlavə məlumat üçün: ????+994 55 428 08 85 (WhatsApp)
[email protected]
