RU

"Molla rejimi soydaşlarımızın öz dillərində məktəb açmasına böyük maneələr törədir" - Deputat

"İran bütün beynəlxalq hüquq normalarını pozaraq Naxçıvan Muxtar Respublikasının hava limanını, terminalını və eləcə də məktəbi dronlarla vurub. Bu, bir daha İran molla rejiminin riyakarlığını və Azərbaycanın müstəqilliyini illərdir həzm edə bilmədiyinin göstəricisidir".

Bunu Redaktor.az-a açıqlamasında deputat Aydın Hüseynov bildirdi.

O əlavə etdi ki, İran molla rejimi bütövlükdə azərbaycanlılara qarşı qəddar mövqe sərgiləyir və hətta İranda yaşayan, İran tarixində çox əhəmiyyətli rol oynayan azərbaycanlılara qarşı qəddarcasına davranır:

"Soydaşlarımızın öz dillərində məktəb açmasına böyük maneələr törədir və qadağalar qoyur. Yəni İranıın molla rejiminin Azərbaycan dövlətinə və bütövlükdə azərbaycanlılara qarşı mövqeyi bundan ibarətdir. Qeyd etdiyimiz kimi, dünənki hadisədən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirib. O, hadisəyə siyasi və mənəvi baxımdan bütün qiymətini verib. Bir daha İran rejiminin, mövcud İrandakı rejimin keyfiyyətlərinin çox aşağı səviyyədə olduğunu vurğulayaraq, onların hərəkətlərini xəyanətkar addım və arxadan zərbə kimi dəyərləndirib. Eyni zamanda bu cür şərəfsiz fəaliyyətlərin qarşısının alınması üçün Silahlı Qüvvələrə xüsusi tapşırıqlar verilib. Azərbaycan beynəlxalq hüquqa əsasən öz suveren hüquqlarını qorumaq haqqına malikdir və buna qadirdir. Azərbaycan Ordusu ölkəmizə qarşı yönələn istənilən təxribatın və hər hansı əməlin qarşısını almağa qadirdir. Düşünürəm ki, İran hər hansı digər hərəkətlərə yol verərsə, Azərbaycan beynəlxalq hüquqa söykənərək öz suveren hüququndan istifadə edəcək və istənilən təxribatın qarşısını yüksək səviyyədə alacaqdır".

Nuriyyə NATİQQIZI

Избранный
117
1
redaktor.az

2Источники