RU

YAP nümayəndəsi: Partiyamız yarandığı gündən qarşısına qoyduğu bütün məqsəd və hədəflərinə uğurla nail olub

Bakı, 6 mart, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) yarandığı gündən qarşısına qoyduğu bütün məqsəd və hədəflərinə uğurla nail olub. Partiyamız ölkənin ictimai-siyasi həyatında daim fəal iştirak edib, dövlətçiliyin möhkəmləndirilməsi, sabitliyin qorunması və Azərbaycanın inkişafı istiqamətində mühüm rol oynayıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyalarından güc alan 33 il - Bir qərinəlik yol” adlı tədbirdə YAP-ın Mərkəzi Aparatının Təşkilat şöbəsi müdirinin müavini Rafael Gülməmmədov deyib.

O qeyd edib ki, partiyanın üzvləri öz fəaliyyətini hər zaman daha yüksək səviyyəyə qaldırmağa çalışıb. “Əsas məqsədimiz xalqımıza xidmət etmək, dövlətimizin inkişafına öz töhfəmizi vermək və partiyanın müəyyən etdiyi strateji xəttə sadiq qalmaqdır. Bu istiqamətdə həyata keçirilən fəaliyyətlər nəticəsində partiyamız cəmiyyətin bütün təbəqələrinin etimadını qazanıb.

Bu gün partiyamız Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir və Azərbaycanın gələcək inkişafına xidmət edən mühüm təşəbbüslərlə çıxış edir. Biz də partiyanın üzvləri kimi bundan sonra da fəaliyyətimizi daha da gücləndirməyə, ölkəmizin tərəqqisi və xalqımızın rifahı naminə əzmlə çalışmağa davam edəcəyik”, - deyə R.Gülməmmədov vurğulayıb.

 

Избранный
91
azertag.az

1Источники