RU

Rusya və Ukrayna əsir mübadiləsi apardı

Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb.

"Yeni Sabah" TASS-a istinadla xəbər verir ki, hər iki ölkənin ərazisindən eyni sayda (300) hərbçi geri qaytarılıb.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, bu mıəsələdə BƏƏ və ABŞ humanitar vasitəçilik səylər göstəriblər.

Ukrayna tərəfi hələlik mübadiləni rəsmən təsdiqləməyib.

Martın 5-də Kiyev və Moskva arasında 200-ün 200-ə prinsipi ilə əsir mübadiləsi aparılıb. Elə həmin gün Rusiya Prezidentinin köməkçisi və Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Cenevrə danışıqlarında əldə edilən razılaşmaların bir hissəsi olaraq, 5-6 mart tarixlərində hər tərəfdən 500 hərbi əsir mübadiləsinin planlaşdırıldığını açıqlayıb.


Telegram kanalımız
Избранный
104
yenisabah.az

1Источники