RU

Ölkə başçısı təhlükəni hiss edib və tapşırıq verib Polkovnik səfərbərlikdən DANIŞDI

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünən İrandan Naxçıvana kamikadze PUA-larının atılmasından sonra Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar.

Bəs bir nömrəli səfərbərlik vəziyyəti dedikdə nə başa düşülür?

İrandan ölkəmizə qarşı yenidən hər hansı hərbi təxribat olarsa, ümumi səfərbərlik elan edilə bilərmi?

Hərbi ekspert, polkovnik Üzeyir Cəfərov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, bir nömrəli səfərbərlik elan edildiyi halda Müdafiə Nazirliyi və digər Silahlı Qüvvələrin tərkib hissəsi tam döyüş hazırlığı vəziyyətinə gətirilir; bütün ezamiyyətlər, bütün məzuniyyətlər hamısı təxirə salınır:

"Ehtiyatda olan hərbi qulluqçular, yəni döyüş tapşırığını yerinə yetirmək üçün tələb olunan bütün ixtisaslar üzrə sürücülər, rabitəçilər, hərbi həkimlər, çağırışla bağlı xəbərdarlıq alırlar və lazım olan anda hərbi hissəyə gəlmələri ilə bağlı xəbərdarlıq edilirlər. Müdafiə Nazirliyinin bu gün verdiyi açıqlama bütün suallara cavab verilir. Səfərbərlik çərçivəsində, məsələn, Bakıdakı hərbi hissə yerini dəyişir, lazım olan N nöqtəsinə yönləndirilir. Tutaq ki, Sumqayıtda olan hərbi hissə başqa bir istiqamətə yönləndirilir. Bundan narahat olmaq lazım deyil. Bu, hərbin qaydasıdır. Ona görə mən hesab edirəm ki, bu məsələdə hər kəs öz məsuliyyətini dərk etməlidir".

Polkovnik vurğuladı ki, ölkə başçısı təhlükəni hiss edib və tapşırıq verib:

"Mən düşünmürəm ki, bizdə səfərbərlik elan edilsin. Amma zərurət yaranacağı təqdirdə, əlbəttə ki, ölkə başçısının sərəncamı və fərmanı ilə səfərbərlik elan ediləcək. Yəni indiki halda sadəcə Silahlı Qüvvələrə bir nömrəli səfərbərliyə tam hazır olmaq göstərişi verilib və hər kəs də üzərinə düşən işləri görməklə məşğuldur".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
85
1
redaktor.az

2Источники