RU

Uşaqları zərərli kontentdən qorumaq üçün monitorinqlər gücləndiriləcək

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Azərbaycanda zorakılığı təbliğ edən halların müəyyən edilməsi və qarşısının alınması məqsədilə uşaqların istifadə etdiyi sosial şəbəkə və digər platformalar üzərində nəzarətin gücləndirilməsi nəzərdə tutulur.

Gununsesi.info xəbər verir ki, təklif olunan tədbirlərə əsasən, ölkədə uşaqların daha çox istifadə etdiyi sosial şəbəkələr, internet saytları və rəqəmsal platformalar, eləcə də televiziya proqramları, filmlər və kompüter oyunları üzrə davamlı monitorinqlərin aparılması planlaşdırılır.

Monitorinqlərin məqsədi azyaşlıların psixikasına, sağlamlıq durumuna və davranışına mənfi təsir göstərə biləcək məzmunların müəyyən edilməsidir.

Bununla yanaşı, belə halların aşkarlanması zamanı müvafiq məhdudlaşdırıcı tədbirlərin görülməsi də nəzərdə tutulur. Həmçinin uşaqların zərərli informasiyadan qorunmasını təmin etmək üçün qanunvericiliyə uyğun dəyişikliklərin edilməsi təklif olunur.

Qeyd olunur ki, bu addımlar uşaqların informasiya mühitində daha təhlükəsiz şəkildə fəaliyyət göstərməsini təmin etmək məqsədi daşıyır.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edir. Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
65
icma.az

1Источники