RU

“Qüds”ün sirli sonu? – İranın məşhur generalı ilə bağlı ŞOK MƏLUMAT YAYILDI

İranın elit hərbi qurumlarından biri hesab olunan “Qüds” qüvvələrinin rəhbəri, “doqquz canlı adam” kimi tanınan general İsmayıl Qaaninin taleyi ilə bağlı sensasion iddialar ortaya çıxıb. Qərb mediasında yayılan məlumatlara görə, İran hakimiyyəti onu İsrail ordusuna casusluqda ittiham edərək edam edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Britaniyanın məşhur “Daily Mail” nəşri məlumat yayıb. Məlumata görə, İranın İnqilab Keşikçiləri Korpusunun “Qüds” xüsusi bölməsinin rəhbəri olan İsmayıl Qaani İsrailin son dövrlərdə həyata keçirdiyi hədəfli əməliyyatlar zamanı müəmmalı şəkildə ortalıqda görünməyib. Nəşr iddia edir ki, Tehran daxilində aparılan gizli araşdırmalar nəticəsində onun İsrail Silahlı Qüvvələri – CAXAL üçün casusluq etdiyi ehtimalı ortaya çıxıb.

Qərb mediasının yazdığına görə, İran təhlükəsizlik strukturları İsrailin yüksək rütbəli hərbi komandirlərə və strateji hədəflərə qarşı həyata keçirdiyi bir sıra dəqiq zərbələrdən sonra ölkə daxilində genişmiqyaslı araşdırmalara başlayıb. Bu araşdırmaların məqsədi məlumat sızmasının mənbəyini müəyyən etmək olub. Məlumatlara görə, məhz bu proses çərçivəsində İsmayıl Qaani və onun ətrafındakı bəzi şəxslər ciddi şübhə altına düşüb.

“Daily Mail”in iddiasına görə, Qaani uzun müddət İsrail tərəfindən həyata keçirilən bəzi əməliyyatlar zamanı müəmmalı şəkildə hadisələrdən kənarda qalıb və bu, İran təhlükəsizlik qurumlarında ciddi suallar doğurub. Nəşr yazır ki, Tehran daxilində aparılan gizli sorğular və araşdırmalar nəticəsində onun İsrail ordusu ilə əlaqədə ola biləcəyi ehtimalı araşdırılıb.

Mənbələr bildirir ki, İsmayıl Qaani İranın ən mühüm hərbi fiqurlarından biri hesab olunurdu və regionda İranın təsir dairəsini genişləndirən əsas komandirlərdən biri kimi tanınırdı. O, 2020-ci ildə ABŞ-ın Bağdadda həyata keçirdiyi əməliyyat nəticəsində öldürülən general Qasım Süleymaninin yerinə “Qüds” qüvvələrinin rəhbəri təyin edilmişdi.

Sara

Избранный
133
nocomment.az

1Источники