RU

Qarabağ”ın futbolçusu Avropa nəhənglərinin hədəfində

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Qarabağ”ın futbolçusu Emmanuel Addai yeni mövsümə Avropanın aparıcı liqalarından birində başlaya bilər.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, İngiltərənin bəzi klubları, həmçinin, İtaliyanın “Napoli” və Almaniyanın “Ayntraxt” (Frankfurt) komandaları 24 yaşlı qanalı futbolçu ilə maraqlanırlar. Bu barədə “Football Insider” məlumat yayıb.

Frankfurt klubu artıq qış transfer dövründə oyunçunu transfer etməyə çalışıb. Bundesliqa klubunun təklifinə müsbət yanaşmasalar da, Addai ilə maraqlanmaqda davam edir.

Onun “Qarabağ”la müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. Emmanuelin bu yay keçiriləcək dünya çempionatında Qana millisinə dəvət ediləcəyi gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
117
1
axar.az

2Источники