“Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallister karyerasını İspaniyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Real” argentinalı oyunçuya maraq göstərir. “Qırmızılar”ın futbolçunu satmaq istəmədiyi bildirilir.
Madridlilər danışıqlara başlamaq istəsə, “Liverpul” transfer üçün yüksək məbləğ tələb edəcək.
Makallisterin klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.