RU

Azərbaycanın Münxen Konfransında iştirakı regional təhlükəsizlik məsələlərində ölkənin səsini gücləndirir - ekspert

Bakı, 6 mart, Tamilla Məmmədova, AZƏRTAC

Azərbaycanın illik Münxen Təhlükəsizlik Konfransında iştirakı regional və qlobal təhlükəsizlik məsələləri üzrə beynəlxalq müzakirələrdə ölkənin səsini əhəmiyyətli dərəcədə gücləndirir.

Bu barədə AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında amerikalı ekspert, “Gulf State Analytics” beynəlxalq konsaltinq və analitika şirkətinin baş direktoru Corcio Kafyero bildirib. Onun sözlərinə görə, Münxen Təhlükəsizlik Konfransı haqlı olaraq qlobal təhlükəsizlik məsələlərinin müzakirəsi üçün dünyanın ən nüfuzlu platformalarından biri hesab olunur. Hər il bu konfransda dövlət başçıları, xarici işlər və müdafiə nazirləri, yüksəkvəzifəli hökumət nümayəndələri, habelə dünyanın müxtəlif regionlarından aparıcı analitiklər və ekspertlər bir araya gəlir.

Ekspert qeyd edib ki, Azərbaycanın bu forumda iştirakı xüsusilə əhəmiyyətlidir, çünki bu, Bakıya əsas qərar qəbuletmə mərkəzləri ilə birbaşa qarşılıqlı əlaqə qurmaq imkanı verir. Onun sözlərinə görə, bu, Azərbaycan tərəfinə Cənubi Qafqazdakı vəziyyət və daha geniş beynəlxalq gündəmlə bağlı məsələlərdə mövqeyini aydın və əsaslandırılmış şəkildə çatdırmağa imkan verir.

C. Kafyero vurğulayıb ki, bu cür beynəlxalq platformalar regional proseslərin müzakirələrində bölgədəki hadisələrdə bilavasitə iştirak edən ölkələrin fikirlərinin nəzərə alınmasını təmin etmək üçün xüsusilə vacibdir. Onun sözlərinə görə, Azərbaycanın iştirakı Cənubi Qafqazda gedən proseslərin daha balanslı və real şəkildə dərk edilməsinə töhfə verir.

Избранный
144
azertag.az

1Источники