RU

Volkan Demirel yenidən “Gənclərbirliyi”ndə! – ARENA.AZ

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Gənclərbirliyi” komandasına bundan sonra Volkan Demirel rəhbərlik edəcək.

Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.

44 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. O, bu postda elə bu gün istefaya göndərilmiş Levent Şahini əvəz edib.

Levent Şahin bu il fevralın 16-da “Gənclərbirliyi” komandasına baş məşqçi təyin edilmişdi. Türkiyəli mütəxəssis bu komandanı cəmi 3 oyuna çıxarıb, 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət görüb. Klub rəhbərliyi Levent Şahinlə fikir ayrılığı səbəbindən yolların ayrıldığını bəyan edib.

Elə Volkan Demirel də son olaraq məhz “Gənclərbirliyi”ni çalışdırıb. O, 2025-ci ilin oktyabrında baş məşqçi təyin edildiyi Ankara təmsilçisindən ötən ilin dekabrında ayrılmışdı. 44 yaşlı mütəxəssis bu komandanı 6 oyuna çıxarmış, 3 qələbə, 3 məğlubiyyət görmüşdü.

Demirel daha öncə “Fənərbağça”da köməkçi, “Karagümrük”, “Hatayspor” və “Bodrumspor”da baş məşqçi kimi çalışıb.

Paytaxt təmsilçisi cari mövsüm ərzində tez-tez baş məşqçi dəyişməsi ilə gündəmdədir. Klub daha öncə Hüseyin Eroğlu, Volkan Demirel və Metin Diyadini də istefaya göndərmişdi. Komanda Super Liqada 24 turdan sonra 24 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
74
14
arena.az

10Источники