RU

Naxçıvanı vuran SEPAH bu imkanları itirdi

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

SEPAH generalları İranda faktiki olaraq hakimiyyəti ələ keçiriblər. Ali dini lider öldürülüb, yeni lider seçilməyib, Prezident Məsud Pezeşkianın isə səlahiyyəti yoxdur. Müharibəni aparanlar və qonşu ölkələri raket və dron atəşinə tutan SEPAH generallarıdır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, strateji düşünə bilməyən bu generallar İranı daha ağır təlatümlərə sürükləyirlər:

“İranın Azərbaycan ərazisinə dron zərbəsi yalnız iki ölkə arasındakı münasibətləri gərginləşdirmədi, İranın böyük ümid bəslədiyi Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyəti qeyri-müəyyən dövrə qədər dayandırıldı, idxal-ixrac əməliyyatları donduruldu. Və ya İran günlərdir Birləşmiş Ərəb Əmirliklərinə zərbələr endirir. Birləşmiş Ərəb Əmirlikləri buna cavab olaraq İranın milyardlarla dollarlıq aktivlərini dondurmağa qərar verib. Məlum olub ki, Birləşmiş Ərəb Əmirliklərini hədəf seçən SEPAH-ın bu ölkədəki banklarda müxtəlif hesabları var. SEPAH bu hesablar vasitəsilə Qərbin sanksiyalarından yayınır və pul kütləsini gizlətməyə çalışırdı. Yəni İrandakı radikal güclər oturduqları budaqları kəsirlər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
52
5
axar.az

9Источники