RU

Zelenski Donbasa GETDİ - Rusiyanın yaz planlarını AÇIQLADI - VİDEO

Ukrayna prezidenti Volodimir Zelenski Donetsk bölgəsinə səfər edib.

Musavat.com xəbər verir ki, Zelenski cəbhə xəttindən təxminən 19 kilometr aralıda yerləşən Drujkovkadan video çəkib.

“Drujkovka, Kramatorsk, Slavyansk və digər şəhərlərimiz. Ruslar müharibədən əl çəkməyiblər və burada, Donetskdə yaza hücuma hazırlaşırlar. Mövqelərimizin möhkəm qalması, briqadaların kifayət qədər təchiz olunması vacibdir. Əsəgərlər öz mövqelərini ləyaqətlə qoruyurlar. Ölkəmiz, diplomatiyamız, xalqımız öz mövqelərini qorumağa davam edəcək”, - deyə Zelenski bölgəni müdafiə edən briqadalara təşəkkür edərək vurğulayıb.

“DeepState” xəritəsinə görə, bu yerdən cəbhə xəttindəki ən yaxın nöqtəyə qədər təxminən 19 km məsafə var.

Musavat.com

Избранный
112
musavat.com

1Источники