Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindən Azərbaycanda planlaşdırılan terror təxribatlarının və kəşfiyyat xarakterli məlumatların toplanmasının qarşısı alınıb.
Herbiand.az xəbər verir ki, cəmiyyət arasında vahimə yaratmaq və ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədi ilə bir sıra obyektlər hədəf seçilib. Bunlar arasında strateji əhəmiyyət daşıyan Bakı–Ceyhan neft boru kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ yəhudiləri dini icmasının rəhbərlərindən biri və Aşkinazi sinaqoqu yer alıb.