RU

Bayram və istirahət günlərinə gözlənilən hava AÇIQLANDI

Milli Hidrometeorologiya Xidməti bayram və istirahət günlərində ölkə ərazisində gözlənilən hava şəraiti barədə məlumat yayıb.

Xidmətdən Bizim.Media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-6, gündüz 7-9 dərəcə isti olacaq.

Martın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 6-9 dərəcə isti olacaq. Martın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 3-5, gündüz 7-10 dərəcə isti olacaq.
 

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda martın 7-8-9-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. 9-u gündüz yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı bildirilir.


Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə martın 7-8-9-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. 9-u axşama doğru yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti müşahidə ediləcək.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada martın 7-8-9-da hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. 9-u axşama doğru yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2-5, gündüz 6-9 dərəcə isti müşahidə ediləcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda martın 7-8-9-da hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. 9-u axşama doğru yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim şimal-şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2-5, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-6, gündüz 0-3 dərəcə şaxta olacaq.

Bizim.Media
 

Избранный
47
49
bizim.media

10Источники