RU

Avtomobillərin qiyməti bahalaşacaq?

Son dövrlər regionda baş verən münaqişələr və gərgin geosiyasi vəziyyət beynəlxalq ticarət və daşınma marşrutlarına təsir göstərir. Bu isə müxtəlif məhsulların, o cümlədən avtomobillərin idxalı ilə bağlı suallar yaradır. Görəsən, mövcud vəziyyət xaricdən Azərbaycana gətirilən avtomobillərin qiymətinə təsir edibmi?Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycanın avtomobil bazarı hər hansı bir ölkədən və ya bir marşrutdan asılı deyil, müxtəlif dünya ölkələrindən avtomobillər gətirilir. E.Cəfərov qeyd edib ki, hazırda İranda baş verən münaqişə ilə əlaqədar olaraq İran üzərindən, xüsusilə Dubay istiqamətindən gətirilən avtomobillərdə müəyyən gecikmələr ola bilər. Bu, yalnız avtomobillərə deyil, ümumiyyətlə digər əmtəələrin daşınmasına da təsir göstərə və gecikmələr yarada bilər: “Lakin bu o demək deyil ki, həmin istiqamətdən gətirilən avtomobillərdə gecikmə yaranarsa, Azərbaycan avtomobil bazarında qiymətlər kəskin şəkildə yüksələcək. Çünki analoji marka və modellər digər ölkələrdən də gətirilir. Yəni bazarda artıq müəyyən qiymət formalaşıbsa, yalnız bir istiqamətdən, məsələn, Dubaydan gətirilən avtomobillərin yol xərclərinin artması ümumi bazar qiymətlərinə ciddi təsir göstərməyəcək”. Ekspert qiymətlərdə müvəqqəti olaraq müəyyən artımın müşahidə oluna biləcəyini də istisna etməyib. Onun sözlərinə görə, kəskin qiymət artımı gözlənilmir və ümumilikdə İranda baş verən münaqişənin Azərbaycan avtomobil bazarına ciddi təsir edəcəyi ehtimal olunmur.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
87
25
metbuat.az

10Источники