RU

Yaşar Gülər və gürcüstanlı həmkarı arasında telefon danışığı olub

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstan Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani türkiyəli həmkarı Yaşar Gülərlə telefon danışığı aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

Söhbət zamanı regional təhlükəsizlik və müdafiə sahəsində ikitərəfli əməkdaşlıq məsələlərinə toxunulub.

Nazirlər bölgədəki mövcud vəziyyəti və bununla bağlı təhdidləri müzakirə ediblər.

Tərəflər regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə töhfə verməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, İrakli Çikovani bu gün Ermənistanın müdafiə naziri Suren Papikyanla da telefon danışığında eyni məsələləri müzakirə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
71
1
bakivaxti.az

5Источники