RU

Bakı-İğdır-Bakı reyslərinin yeni CƏDVƏLİ açıqlandı

Azərbaycan vətəndaşlarının paytaxt ilə Naxçıvan arasında alternativ hava nəqliyyatı xidmətindən yararlana bilmələri məqsədilə "Azərbaycan Hava Yolları" QSC (AZAL) tərəfindən Bakı-İğdır-Bakı istiqaməti üzrə 7-10 mart tarixlərini əhatə edən uçuş qrafiki tərtib olunub.

Azərbaycan vətəndaşlarının Bakı ilə Naxçıvan arasında alternativ nəqliyyat əlaqəsindən istifadə edə bilmələri üçün "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-İğdır-Bakı marşrutu üzrə 7-10 mart tarixlərini əhatə edən uçuş cədvəli hazırlanıb. SİA xəbər verir ki, bu barədə QSC-nin mətbuat xidməti məlumat yayıb. Cədvəldə göstərilən bütün saatlar yerli vaxt ilə təqdim edilib:

Uçuşa gəlmədən öncə aşağıda sadalanan mühüm məqamlara diqqət yetirilməlidir:

- sərnişinlər reysin başlama vaxtından minimum 1 saat 30 dəqiqə əvvəl hava limanında olmalıdırlar;

- üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqəsi olmalıdır.

Uçuş cədvəlində hər hansı dəyişiklik olarsa, sərnişinlərə bu barədə əlavə məlumat təqdim ediləcək. Qeyd edək ki, Bakı-İğdır-Bakı marşrutu üzrə aviabiletləri AZAL-ın rəsmi veb-saytı və ya mobil tətbiqi vasitəsilə Naxçıvan istiqamətini seçməklə, həmçinin aviaşirkətin kassalarına müraciət etməklə almaq mümkündür.

Mətləb

Избранный
42
2
sia.az

10Источники