RU

Pezeşkian Putinə zəngETDİ

İran Prezidenti Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığında İran xalqının müstəqillik uğrunda apardığı mübarizənin çətin dövründə göstərdiyi həmrəyliyə görə rusiyalı həmkarına təşəkkürünü bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə Kremlinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Məsud Pezeşkian Rusiyanın İran xalqı ilə həmrəyliyini yüksək qiymətləndirib və hazırda münaqişənin kəskin mərhələsində regionda yaranmış vəziyyət barədə Vladimir Putinə ətraflı məlumat verib.

Öz növbəsində Vladimir Putin Moskvanın prinsipial mövqeyini bir daha vurğulayaraq bildirib ki, Yaxın Şərqdə hərbi əməliyyatlar dərhal dayandırılmalı və mümkün qədər tez siyasi-diplomatik həll yoluna qayıdılmalıdır.

Xədicə BAXIŞLI

Избранный
99
1
redaktor.az

1Источники