RU

BƏƏ-nin XİN başçısı İranın Naxçıvana dron hücumlarını pislədi

6 mart tarixində Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Bu barədə Publika.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Telefon danışığı zamanı Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş dron hücumları və cari təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Abdullah bin Zayed Əl Nəhyan mülki əhalinin və mülki infrastrukturun hədəf alınmasını qətiyyətlə pislədiyini və bu kimi addımların qəbuledilməz olduğunu diqqətə çatdırıb.

Избранный
71
17
publika.az

10Источники