RU

Yaxın Şərq səmaları alov içində: "Bayraqdar" bir ilkə imza atdı

Türkiyədə hazırlanmış Bayraktar AKINCI Hücum Pilotsuz Uçuş Aparatı (PUA) 150.000 uçuş saatını uğurla başa vurub.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Baykarın 16 ölkəyə ixrac etdiyi Bayraktar AKINCI uğurla fəaliyyət göstərir.

Son iki həftə ərzində isə, Bayraktar AKINCI MURAD AESA Radarı, EREN Yüksək Sürətli Çoxməqsədli Səyyar Sursat, MAM-L Mini Ağıllı Sursat və KEMANKEŞ-1 Süni İntellektlə Gücləndirilmiş Mini Kruiz Raketi ilə sınaq missiyaları həyata keçirib.

SINAQ PROSESLƏRİ UĞURLA DAVAM EDƏN BAYRAKTAR KIZILELMA İSƏ 2026-CI İLDƏ İNVENTARİYA DAXİL OLACAQ.

Türkiyənin milli səviyyədə hazırlanmış ilk pilotsuz döyüş təyyarəsi olan Bayraktar KIZILELMA da sınaqlarını uğurla davam etdirir. Bu günə qədər KIZILELMA təlim uçuşlarından tutmuş elektron müharibə özünümüdafiə sistemi ilə bağlı funksional uçuş sınaqlarına qədər bütün sınaqlardan uğurla keçib.

Избранный
28
aznews.az

1Источники