RU

Çexiyanın XİN başçısı ölkənin İrandakı səfirini məsləhətləşmələr üçün Praqaya çağırıb

Çexiyanın xarici işlər naziri Petr Matsinka ölkənin İrandakı səfiri Vitezslav Hrepli məsləhətləşmələr üçün Praqaya çağırıb.

"Report"un "İdnes" portalına istinadən məlumatına görə, bu barədə Çexiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Adam Çerqe xəbər xəbər verib.

"Xarici işlər naziri Petr Matsinka Çexiyanın Tehrandakı səfiri Vitezslav Hrepli məsləhətləşmələr üçün Praqaya çağırıb. Çexiyanın İrandakı Səfirliyinə hazırda müvəqqəti işlər vəkili rəhbərlik edir", - XİN sözçüsü qeyd edib.

Praqa xüsusən İranın Yaxın Şərq münaqişəsinin bir hissəsi olmayan Fars körfəzi ölkələrinə qarşı düşmənlik və səbəbsiz hərəkətləri ilə bağlı narahatlığını bildirib.

Избранный
25
far.az

1Источники