RU

“USS Gerald R. Ford” Qırmızı dənizə çatdı

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ-nin ən böyük təyyarədaşıyan gəmisi olan “USS Gerald R. Ford” Süveyş kanalından keçdikdən sonra Qırmızı dənizə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz İnstitutunun (USNI) məlumatında deyilir.

Bildirilib ki, gəmi Yaxın Şərqdə artan gərginlik səbəbindən bölgəyə göndərilib.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) dünən Süveyş kanalından keçən “Ford” təyyarədaşıyan gəmisinin və “USS Bainbridge (DDG-96)” esminesinin fotolarını paylaşıb. Pentaqondan verilən açıqlamaya görə, “USS Gerald R. Ford”un Yaxın Şərqdə yerləşdirilməsi qərarı fevralın ortalarında verilib və missiyanın gələn ilin may ayına qədər davam etməsi planlaşdırılır.

Beləliklə, ABŞ-nin iki təyyarədaşıyan gəmisi bölgədədir, “USS Gerald R. Ford” Qırmızı dənizdə, “USS Abraham Lincoln (CVN-72)” isə Oman körfəzindədir.

Bildirilir ki, ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu son illərin ən yüksək səviyyəsinə qaldırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
63
qafqazinfo.az

1Источники