RU

İran Bəhreyndə hərbi mərkəzin yerləşdiyi binaya hücum edib

BAKI, 7 mart. TELEQRAF

İranın Bəhreyndə Körfəz Əməkdaşlıq Şurasının birgə dəniz əməliyyatları mərkəzi ilə bağlı binaya hücum etdiyi bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Casem əl-Budeyvi məlumat verib.

Onun sözlərinə görə, hücuma məruz qalan binada KƏŞ-in birgə dəniz əməliyyatları mərkəzində xidmət edən Qətər Hərbi Dəniz Qüvvələrinin zabitləri yerləşirdi.

“İranın hücum etdiyi binada Körfəz Əməkdaşlıq Şurasının birgə dəniz əməliyyatları mərkəzində çalışan Qətər Hərbi Dəniz Qüvvələrinin zabitləri yerləşirdi”, – deyə əl-Budeyvi bildirib.

Baş katib bu hücumu bütün beynəlxalq qanun və normaları pozan düşmən aktı kimi qiymətləndirib.

O, hücum nəticəsində Qətər Hərbi Dəniz Qüvvələrinin zabitləri arasında xəsarət alanların olub-olmaması barədə məlumat verməyib.

Избранный
28
2
teleqraf.com

3Источники