RU

Tehranda hava limanı vuruldu

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

İsrail İrana yeni hücum dalğasına başlayıb.

“Qafqazinfo” xəbər verir ki, İsrail ordusunun İran paytaxtına yeni hücum dalğası başlatdığını elan etməsindən sonra Tehranda güclü partlayış səsləri eşidilib.

Məlumata görə, paytaxtdakı Mehrabad Hava Limanı hava zərbələrinin hədəflərindən biri olub.

Əvvəlcə şəhər üzərində təyyarə səsləri eşidilib, daha sonra isə ard-arda şiddətli partlayışlar baş verib. Eyni zamanda, hava hücumundan müdafiə sistemlərinin işə salındığı bildirilib.

Paytaxtın bəzi ərazilərində təyyarə səslərinin fasilələrlə davam etdiyi, bir neçə nöqtədən isə tüstü qalxdığı müşahidə olunub. Hücum zamanı Mehrabad Hava Limanı yaxınlığındakı ərazi vurulub.

İsrail ordusu hücumların Tehran rejiminə məxsus infrastrukturu hədəf aldığını açıqlayıb.

Qeyd olunur ki, bu açıqlama ilə eyni vaxtda İsraildə də hava hücumu xəbərdarlığı ilə bağlı siren səsləri eşidilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
5
13
qafqazinfo.az

10Источники