Bu gün Misli Premyer Liqasında üçüncü dövrəyə – 23-cü tura start veriləcək.
KONKRET.az xəbər verir ki, ilk oyun günündə bir matç keçiriləcək.
“Karvan-Yevlax” öz meydanında “Sumqayıt”ı qəbul edəcək.
Hazırda Saşa İliçin komandası 31 xalla 7-ci pillədə qərarlaşıb. Yevlax təmsilçisi isə 7 xalla sonuncu – 12-ci yeri tutur.
Bu komandaların ilk iki dövrədəki oyunlarında “Sumqayıt” qələbə qazanıb – 4:1 və 2:0.
Misli Premyer Liqası
23-cü tur
7 mart
15:00. “Karvan-Yevlax” – “Sumqayıt”
Yevlax şəhər stadionu
8 mart
15:00. “Şamaxı” – “İmişli”
19:15. “Qarabağ” – “Araz-Naxçıvan”
9 mart
18:30. “Zirə” – “Kəpəz”
20:30. “Neftçi” – “Turan Tovuz”
10 mart
19:15. “Sabah” – “Qəbələ”.