RU

Xarkovda yaşayış binasına zərbə endirilib YENİLƏNİB

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Xarkovda Rusiyanın raket zərbəsi nəticəsində dağılan 5 mərtəbəli binanın qalıqları altından 5 nəfərin meyiti çıxarılıb.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidmətindən bildirilib.

Qeyd olunub ki, xilasetmə və axtarış işləri davam edir, dağıntılar altında qalanların olduğu ehtimal olunur.

***

09.28

Rusiya Ukraynaya kütləvi raket hücumu həyata keçirib.

APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Rusiya qüvvələri Xarkovda çoxmərtəbəli binaya ballistik raketlərlə zərbə endirib, bir nəfərin öldüyü, 10 nəfərin yaralandığı bildirilib.

Məlumata görə, Zaporojyedə də çoxmərtəbəli binaya zərbə endirilib, yaralılar var.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
102
1
cebheinfo.az

2Источники